"Yarım hektardan 3-4 ton məhsul götürmək mümkündür"
Son illərdə respublikamızda çiyələk istehsalına maraq artıb. İstehsalçılar xaricdən gətirilmiş məhsuldar çiyələk növlərinin becərilməsinə üstünlük verir və yüksək göstəricilərə nail olurlar. Tərtər rayonunun İrəvanlı kənd sakini Mənzərə Məmmədova isə uzun illərdir yerli çiyələyin istehsalı ilə məşğuldur.
Hər il yarım hektar sahədə yerli çiyələk becərən Mənzərə Məmmədova deyib: "Çiyələyin şitilləri payızda əkilir və beş il məhsul götürmək olur. Yaz fəslində becərmə işləri aparılır, sahə alaqdan təmizlənir, suvarılır, may ayından isə məhsul yığımı həyata keçirilir. Yarım hektardan 3-4 ton məhsul götürmək mümkündür".
M.Məmmdova bildirib ki, yerli çiyələyin məhsuldarlığı xaricdən gətirilmiş növlərlə müqayisədə aşağıdır. Lakin təbii, dadlı və ətirli olması onun əsas üstünlükləridir.
"Xarici çiyələk növləri aprelin sonundan noyabr ayınadək davamlı məhsul verir, məhsuldarlığı yüksəkdir və dərilmiş çiyələyin saxlama müddəti daha çoxdur. Ona görə fermerlər xarici növ çiyələyin becərilməsinə üstünlük verirlər. Yerli çiyələk növü isə cəmi bir ay məhsul verir. Həm də yığılmış məhsul elə həmin gün istifadə edilməsə xarab olur. Buna baxmayaraq, müştərilərimiz çoxdur. Təbii, dadlı, ətirli, mürəbbə bişirmək üçün daha əlverişli olduğu üçün müştərilər elə sahədən gəlib alırlar. Odur ki, məhsulumuzu bazara çıxarmağa ehtiyac qalmır. Bir kiloqram çiyələyin qiyməti isə üç manata təklif edilir", - deyə Mənzərə Məmmədova vurğulayıb.
Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















