Avropa bankı Azərbaycan şirkətinə 6 milyon manat kredit ayırır
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirus (COVİD-19) infeksiyasının mənfi təsirinin aradan qaldırılması üçün Azərnbaycanın "Unimetal” şirkətinə 6 milyon manat (3,3 milyon avro) məbləğində kredit ayırır.
““Unimetal” MMC-nin COVID-19 pandemiyası ilə əlaqədar əlverişsiz şəraitdə həyata keçirdiyi əməliyyat fəaliyyətini dəstəkləmək məqsədilə zəruri likvidlik buferi və dövriyyə kapitalının yaradılması üçün şirkətə 2 tranşla 6 milyon manat (3,3 milyon avro) məbləğində kredit ayrılır”, - deyə bankdan məlumat verilib.
Kreditin 2 milyon 125 min manat məbləğində ilk tranşı kreditlərin yenidən maliyyələşdirilməsinə yönəldiləcək.
3 milyon 875 min manat məbləğində ikinci tranş şirkətə likvidliklə bağlı vəziyyəti yaxşılaşdırmağa imkan verəcək.
“Unimetal” Azərbaycanda metal tikinti materiallarının aparıcı istehsalçılarından və satıcılarından biridir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 172 layihənin maliyyələşdirilməsinə 3,4 milyard avro ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 38 layihə daxildir və onların həyata keçirilməsinə təxminən 1,4 milyard avro ayrılıb.
200 MİLYON MANATLIQ MÜQAVİLƏ
Xəbər verdiyimiz kimi, Koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə Mərkəzi Bank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında ümumi məbləği 200 milyon ABŞ dolları olan svop müqaviləsi bağlanıb. Mərkəzi Bankın yaydığı məlumatda bildirilirdi ki, bununla da AYİB yerli valyutaya etibarlı çıxış imkanı əldə etməklə yerli şirkətlərə milli valyutada kredit dəstəyi göstərməyə yeni imkanlar əldə edəcəkdir. Bu məbləğin 50 milyon ABŞ dolları, yəni 85 milyon manat ekvivalentinin cari ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə də nisbətən kiçik şirkətlərə verilməsi nəzərdə tutulur.
"İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 d. əvvəl
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















