Rəis idi, usta vəzifəsinə keçirildi
“Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda bildirilir ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyində xüsusi karantin rejiminin qaydalarına ciddi əməl olunur. Həm əsas inzibati bina, həm də bütün struktur bölmələrin fəaliyyət göstərdiyi binalarda giriş-çıxış qaydaları ciddi nəzarətdə saxlanılır. Bundan başqa mütəmadi dezinfeksiya tədbirləri görülür, işçilərin qoruyucu maskalarla təminatı, giriş-çıxış məntəqələrində insanların bədən temperaturunun ölçülməsi və digər zəruri prosedurlar icra olunur.
"Buna baxmayaq, bəzi hallarda təlimat qaydalarını pozan işçilərə də rast gəlinir və dərhal bu barədə müvafiq cəza tədbirləri görülür. Pandemiya dövründə koronavirus (COVID-19) infeksiyasından qorunma tədbirlərinin həyata keçirilməsində məsuliyyətsiz davrandığına görə “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi vəzifəsindən azad olunub. O, daha aşağı vəzifəyə - Təmir-tikinti İdarəsinin 104 “Çağrı Mərkəzi”nin 1 saylı çağrı xidmətində usta vəzifəsinə keçirilib.
“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi bir daha bildirir ki, qurumda pandemiya dövrünün tələb və qaydalarını pozan istənilən işçi sərt formada cəzalandırılacaq", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 41 d. əvvəl
- 53 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb






.jpg)










.jpg)








