İcbari Sığorta Bürosu zərərdən mənfəətə keçib
İcbari Sığorta Bürosu (İSB) 2019-cu ili 4 milyon 270 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Büro 2018-ci ili 3 milyon 66 min manat zərər ilə bağlamışdı. Xalis mənfəət ötən il gəlirlərin artmasından və kompensasiya üzrə ehtiyata ayırmanın azalmasından qaynaqlanır.
Marja qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, İcbari Sığorta Bürosunun təqvim haqları üzrə gəlirləri ötən il 2018-ci illə müqayisədə 1,347 min manat və ya 17% artaraq 9 milyon 240 min manat təşkil edib.
İSB-nin kompensasiya üzrə ehtiyatlara ayırması 2018-ci ildəki 3 milyon 294 min manatdan 2019-cu ildə 1 milyon 145 min manata geriləyib.
İSB BÖYÜYÜB, İNVESTİSİYALARI ARTIB
2018-ci illə müqayisədə 2019-cu ildə İSB-nin cəmi aktivləri 16,5% artaraq 42 milyon 475 min manat təşkil edib. Büronun müddətli depozitləri 10 milyon 254 min manatdan 12 milyon 634 min manata, qiymətli kağılara investisiyaları isə 10 milyon 779 min manatdan 13 milyon 583 min manata yüksəlib.
Bu il yanvarın 1-nə İcbari Sığorta Bürosunun işçilərinin sayı 36 nəfər təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5 nəfər və yaxud 16,1% çoxdur.
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslər İttifaqı “İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblər nəzərə alınmaqla fəaliyyət göstərir. Büro bir sıra icbari sığortalar üzrə sığortaoluna dəyən zərərin ödənilməsilə məşğul olur. Sığorta şirkətləri icbari sığorta ilə əlaqədar daxil olmuş ümumi sığorta haqlarının 5%-ni İcbari Sığorta Bürosuna köçürürlər və bu, Büronun təqvim haqları üzrə gəlirini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib







.jpg)





.jpg)






