POS-terminalların sayında böyük azalma
Azərbaycanda POS-terminalların sayı 2020-ci ilin may ayında 1641 ədəd, yanvar – may dövründə isə 12 min 441 ədəd azalaraq 55 min 27 ədədə düşüb.
Marja Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ilk 5 ayda pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 12 min 347 ədəd azalaraq 53 min 624 ədədə geriləyib.
2020-ci ilin ilk 3 ayında cəmi POS-terminalların sayı 3 min 659 ədəd artaraq Mart ayının sonunda 71 min 127 ədədə çatmışdı. Növbəti aylarda POS terminalların sayı azalıb. Cəmi POS-terminalların sayı aprel ayında 14 min 459 ədəd, may ayında isə 1641 ədəd azalıb. Aprel-maydakı cəmi azalma 16 min 100 ədədir.
2020-ci ilin aprel-may aylarında pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 16 min 12 ədəd azalıb. POS-terminalların sayındakı azalma koronavirus epidemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətəbiq etdiyi dövrə təsadüf edir. 2 ayda 16 min ədəddən çox POS-terminalların qazalması bir çox biznesin iflas olduğuna işarədir. Həmçinin POS-terminal sayındakı azalma 4 bankın lisenziyasının ləğv edilməsi ilə də bağlıdır.
Qeyd edək ki, 2015-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminalların sayı 80 min 301 ədədə çatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)







