Siqaret nə üçün bahalaşıb?
Bu gündən etibarən Azərbaycanda tütün məmulatlarının 10 qəpik bahalaşması iki vacib amilin təsiri nəticəsində baş verib.
Bunu Azərbaycanda fəaliyyət göstərən beynəlxalq tütün məmulatlarının istehsalçısı olan şirkətdən bildirilib.
Mənbənin sözlərinə görə, birinci səbəb – ölkədə bu ilin əvvəlindən aksiz vergisinin artırılmasıdır:
"Bildiyiniz kimi, daxili istehsal üçün aksiz dərəcəsi siqaretlərin hər 1 000 ədədi üçün 20 manatdan 31 manata, idxal olunan siqaretlər üçün isə hər 1 000 ədədi üçün 28 manatdan 39 manata qaldırılıb. Yəni 20 manat olduğu təqdirdə, hər qutuya düşən aksizin yükü 0,40 manat təşkil edirdi. Əlavə olaraq 11 manat artırılandan sonra isə hər qutuya düşən aksizin qiyməti əlavə 0,22 manat artaraq 0,62 manata çatdırılıb. İstehsalçılar qiyməti 0,10 manat qaldırıblar, halbuki hər qutuya düşən aksizin qiyməti 0,22 manat artırılıb. Yəni faktiki olaraq 0,12 manatı şirkətlər öz üzərinə götürüb".
Qiymət artımının digər səbəbi isə bazarda qaçaqmalçılıqla mübarizə mexanizmi kimi dəyərləndirilir.
"Ümumiyyətlə, qiymətlər cüzi artırılıb. Burada qaçaqmalçılıqla mübarizə ilə yanaşı, əlbəttə ki, əhalinin alıcılıq qabiliyyəti də nəzərə alınıb. Belə ki, bazarda aşağı seqmentli siqaretlərin qiyməti bir qayda olaraq artanda, qaçaq yolla gətirilən məhsullar onların yerini tutur. Bu isə leqal siqaretlərin satışına təsir edir. Beləliklə, biznes olaraq, həm biz itiririk, həm də dövlət büdcəsinə daxilolmalar azalır. O baxımdan biz aqressiv qiymət siyasəti yürütməməyə və artımın müəyyən qədər liberal olmasına çalışırıq", - deyə şirkətdən bildirilib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























