Hansı məhsullarda qiymət artımı baş verib?
Xəbər verdiyimiz kimi iyun ayının 1-dən tütün məhsullarında qiymət artımı baş vermişdi. Bəs görəsən digər məhsullarla bağlı qiymət artımı müşaiət olunurmu?
Bu suala cavab tapmaq üçün www.supermart.az onlayn supermarketə sorğu göndərdik. Supermart.az-dan bizə bildirdilər ki, digər məhsullarda da nəzərə çarpaçaq qədər qiymət artımı var. Qiymət artımı əsasən bəzi idxal məhsulları ilə yanaşı yerli məhsul brendlərində də baş verib. İyun ayının əvvəli ilə müqayisədə qiymət artımı baş vermiş məhsulları nəzərinizə çatdırırıq (rəf qiymətləri):
Belə ki, nəzərə çarpaçaq qiymət artımı Baqqaliyyə məhsullarında baş verib. Belə ki:
- Ankara, Richmond brendlərinin düyü məhsullarında 9-14% qiymət artımı baş verib.
- Ən yüksək artım qarabaşaq məhsullarında baş verib. Belə ki, müxtəlif brendlər 15%-dən 20 %-ə qədər qiymət artımı edib.
-Yumurta qiymətlərində də artım qeydə alınıb. Belə ki, Hacıqabul və Giləzi yumurtalarında 6-10% qiymətdə artım olub.
Bundan başqa 20 %-ə yaxın qiymət artımı idxal olunan saç boyalarında müşaiət olunur.
Digər nəzərə çarpacaq artımlardan biri Red Bull enerji içkisində qeyd olunur. Belə ki, bu brendin məhsuluna 8% qiymət artımı olunub.
www.supermart.az saytından bildirdilər ki, digər fiziki marketlərdən fərqli olaraq onlar hələ çalışırlar ki, onlayn müştərilərə qiymət artımı etməsinlər və ya məcburiyyətdən yumşaq qiymət artımına getsinlər.
Platformanın əməkdaşları onu da qeyd etdilər ki, www.supermart.az saytında qeydiyyatdan keçmiş istifadəçilərdə qiymət artımını müqayisə edəcək alətlər mövcuddur. Belə ki, saytın istifadəçisi almaq istədiyi məhsulları səbətə yığaraq siyahını yaddaşa verə bilər. İstədiyi zaman yaddaşa verdiyi siyahını və ya aldığı məhsulların siyahısını açaraq mövcud qiymətlərlə öncəki qiyməti müqayisə edə bilər. Bundan başqa 1 klikə eyni məhsulları səbətə ataraq təkrar alış edə bilər.
Qeyd edək ki, alıcılar supermart.az saytında standart market məhsullarından başqa ekskluziv ərzaq məhsullarını da online sifariş edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























