Azərbaycan İrandan icarəyə torpaq almağa hazırlaşır
Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu layihəsi çərçivəsində İran tərəfi Azərbaycana 35 ha sahəni icarəyə verəcək. Hazırda bu torpaq sahələrinin icarəyə verilməsi üçün zəruri olan normtiv-hüquqi aktlar hazırlanır, həmçinin müqavilə sənədləri üzərində iş aparılır.
İlkin olaraq Azərbaycana terminal hissə 25 illik, stansiya ərazisi isə 15 il müddətinə icarəyə veriləcək.
Qeyd edək ki, Azərbaycana icarəyə verilən 35 ha sahəyə taxıl terminalı, neft terminalı, konteyner terminalı, yük vaqonlarının boşaldılması-yüklənməsi üçün ərazi daxildir.
"Layihə çərçivəsində bütün tikinti işlərini Azərbaycan tərəfi aparacaq. Bu məqsədlə tender elan edilməsi nəzərdə tutulub. Tenderdə iştirak etmək istəyən şirkətlər bu müsabiqəyə dəvət olunacaq", - deyə mənbə bildirib.
"Qəzvin-Rəşt-Astara-Astara marşrutu üzrə tikinti işləri tam yekunlaşdıqdan sonra Fars körfəzindən Skandinaviya ölkələrinə dəmir yolu vasitəsilə istənilən yüklər danışacaq. İlkin olaraq konteyner daşımalarının həyata keçirilməsi nəzərdə tutulub. Bu gün Ukraynandan İrana, Skandinaviya ölkələri və əks istiqamətdə yüklərin daşınması üçün çoxlu müraciətlər daxil olur. Bütün bunları nəzərə alaraq Azərbaycan və İran tikinti prosesini sürətləndirməyə çalışır", - deyə mənbə qeyd edib.
Eyni zamanda İran tərəfi hesab edir ki, bu dəhlizdə xeyli iş həyata keçirilməlidir. Belə ki, dəmir yolunun Qəzvin-Rəşt hissəsində işlərin 2 ay ərzində yekunlaşdırılması planlaşdırılır. Həmçinin, dəmiryolu layihəsi hazır olduqdan sonra onun istismar şərtlərinin də müzakirə edilməsi təklif olunur.
Qeyd edək ki, Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu xəttinin Rəşt-Astara hissəsində tikinti işlərinin 4 ilə bitməsi planlaşdırılır. 1 mlrd. dollar sərmayə tələb edilən layihənin 500 mln. dolları dəmir yolu tikiləcək torpaq sahəsinin alınmasına, digər yarısı isə tikinti işlərinin həyata keçirilməsinə ayrılacaq. Hazırda Azərbaycan tərəfi lazım olan krediti təqdim etmək üçün müqavilə hazırlayır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)
