Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları azaldı
Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 milyard 19 milyon 826 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2% azdır.
DGK-dan verilən məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 0,1% artaraq 484 milyon 440 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 1,8% artaraq 1 milyard 450 milyon 910 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk altı ayı ərzində daxilolmalar 51,3% azalaraq 66 milyon 673 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 18 milyon 703,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 7,2% azdır.
Bu ilin iyun ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 323 milyon 718 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 2,4%, bu ilin may ayı ilə müqayisədə isə 7% azdır.
Bu ilin iyun ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7,3% artaraq 85 milyon 916 min manat olub. Bu ilin may ayı ilə müqayisədə isə bu göstərici 21% artıb.
Həmçinin, cari ilin iyun ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 2,2% azalaraq 222 milyon 6334 min manat (bu ilin may ayı ilə müqayisədə 15,5% az), aksizlər üzrə 41% azalaraq 12 milyon 175 min manat (may ilə müqayisədə 14,2% çox), yol vergisi üzrə daxilolmalar isə 10% azalaraq 2 milyon 993 min manat (may ilə müqayisədə 2,6% az) təşkil edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)





