Yaponiyalı investor Azərbaycanda tütün qurutma müəssisəsi yaradıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış Oğuz rayonunun Sincan kəndində fəaliyyət göstərən tütün qurutma müəssisəsində ilk məhsul tədarükünə başlanılıb.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, xarici investisiya əsasında qurulmuş müəssisədə tütünün becərilməsi, tədarükü və qurudulması müasir texnologiyalara uyğun olaraq həyata keçirilir.
Qeyd edilib ki, KOBİA tərəfindən investora müəssisənin Oğuz rayonunda qurulması və fəaliyyətinin genişləndirilməsi, dövlət və özəl qurumlarla əlaqələndirmə, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istqamətlərində dəstək və xidmətlər göstərilib. Müəssisəyə investisiya təşviqi sənədi də verilib ki, bu müəssisəni 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.
Müəssisəyə yaponiyalı investor tərəfindən 2,2 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda müəssisədə 26 nəfər işlə təmin edilib.
Müəssisənin hazırda Qəbələ, Oğuz və Tovuz rayonlarında olan 210 hektar tütün təsərrüfatının növbəti illərdə Şəki, Zaqatala, Qax və Balakən rayonları da daxil olmaqla 900 hektara çatdırılması nəzərdə tutulur.
Xarici investor tərəfindən müəssisənin fəaliyyət göstərdiyi ərazilərdə tütünçü fermerlərin maarifləndirilməsi üçün KOBİA ilə birgə təlimlərin keçirilməsi də planlaşdırılır.
Tütün müəssisəsinə ilk məhsul tədarükü prosesində Qəbələ-Oğuz "KOB Dostu" ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də iştirak ediblər. Müəssisənin fəaliyyəti və məhsul tədarükü prosesi ilə tanış olan könüllülər bu sahədə praktiki bacarıqlar əldə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























