Sərvəti 180 milyard ABŞ dollarını ötdü
Dünyanın ən varlı adamı olan Ceff Bezosun sərvəti yaradıcısı olduğu “Amazon” şirkətinin səhmlərinin bahalaşması fonunda rekord həddə çatıb.
Bu barədə “Forbes” məlumat yayıb.
Nəşrin məlumatına görə, çərşənbə günü gündüz vaxtı “Amazon”un kapitallaşması 1,52 trilyon ABŞ dollarına çatıb. Bununla da onlayn pərakəndə satış şirkətinin səhmlərinin 11,1 faizinə sahib olan Bezosun sərvəti 181,5 milyard ABŞ dollarını keçib. “Forbes” bunun statistikalar aparılan müddətdə rekord göstərici olduğunu vurğulayıb.
Nyu York Fond Birjasında ticarətin yekunlaşması anına “Amazon”un bir səhminin dəyəri bir günə 2,7% artaraq 3 081,11 ABŞ dolları təşkil edib. Bazar ertəsi şirkətin kapitallaşması ilk dəfə 1,5 trilyon ABŞ dolları həddini keçmişdi.
Aprel ayında “Forbes” ardıcıl üçüncü dəfə Bezosu dünyanın ən varlı adamları siyahısında birinci yerdə göstərmişdi. O zaman jurnalın ekspertlərinin hesablamalarına görə, iş adamının sərvəti təqribən 113 milyard ABŞ dolları dəyərində idi. İkinci yerdə 98 milyard ABŞ dolları sərvəti olan “Microsoft”un qurucularından biri Bill Geyts, üçüncü sırada isə sərvəti 76 milyard ABŞ dolları həcmində qiymətləndirilən Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun baş direktoru Bernar Arno tutmuşdu.
Qeyd edək ki, internet vasitəsilə onlayn qaydada mal və xidmətlər satan “Amazon” şirkəti 1994-cü ildə ABŞ-da Bezos tərəfindən təsis edilib. Şirkət kitab və musiqi plastinkaları satışından tədricən videoyazılar, videooyunlar və məişət elektronika məhsulları ticarətinə keçib, eləcə də ABŞ-da ilk dəfə saytının istifadəçilərinə internetə qoşulmadan izləmək imkanı ilə pullu film yükləmə xidmətini təklif edib.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN















.jpg)






