Geri qaytarılan ƏDV-ni nağdlaşdırmaq mümkün oldu
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin www.edvgerial.az portalının daha bir funksiyası işə salınıb.
Artıq istehlakçılar geri aldıqları əlavə dəyər vergisini (ƏDV) plastik kartlara da köçürmək və nağdlaşdırmaq imkanı qazanıblar.
Burada minimal məbləğ 5, maksimal məbləğ isə 500 manat müəyyən edilib.
İndiyə qədər "Kapital Bank" ASC-nin operator olduğu və yeni nəsil elektron kassa (e kassa) aparatları üzrə aparılan ödəmə əməliyyatları zamanı ƏDV-nin qaytarılmasını nəzərdə tutan bu portalda həmin funksiya aktiv deyildi. Belə ki, bu vaxta qədər istehlakçılar qaytarılan vəsaitlə yalnız kommunal xidmət, mobil və stasionar telefon, internet ödənişlərində istifadə edə bilirdi.
Xatırladaq ki, ölkə Prezidentinin 21 mart 2020-ci il tarixli fərmanı ilə “Əlavə dəyər vergisinin qaytarılması” qaydası təsdiq edilib və həmin tarixdən etibarəm vətəndaşlar aldıqları e kassa çekləri üzrə ƏDV-nin müəyyən hissəsini geri qaytarmaq şansı əldə ediblər. Belə ki, nağd alışlarda bu qaytarılan vəsait 10%-ə, nağdsız əməliyyatlarda isə 15%-ə bərabər olur. Kənd rəsərrüfatı malları, çörək və s. ƏDV-dən azad olun mallar üzrə geri vəsait qaytarılmır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
16 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 18 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)





