3 milyon nəfərə 3 milyard 59 milyon manat vəsait ödənilib
2020-ci ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə sosial təminat növləti üzrə və birdəfəlik ödəmə formasında ödənilən məbləğ açıqlanıb.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində həssas əhali qruplarının sosial təminatı ildən-ilə gücləndirilir, bu istiqamətdə ayrılan büdcə vəsaitləri də əhəmiyyətli dərəcədə artır. 2020-ci ilin ilk yarımilində bu artım dinamikası davam edib.
Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən:
1,3 mln. nəfərə yaxın pensiyaçının pensiyalarının maliyyələşdirilməsinə 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09 faiz çox olmaqla 2 mlrd. 250 mln. manat,
743 min nəfərə sosial müavinət və təqaüd ödənişi üzrə ötən ilin müvafiq dövrünə nisbətən 151 mln. manat və ya 46,6 faiz çox olmaqla, 475 mln. manat,
85 minə yaxın ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə təminatının maliyyələşdirilməsinə ötən ilin müvafiq dövrünə nisbətən 40,4 mln. manat və ya 62 faiz çox olmaqla, 105 mln. manat ödənilib.
Həmçinin pandemiya ilə əlaqədar dövlətin sosial dəstək tədbirlərindən biri kimi, respublika üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 600 min şəxs üçün aprel-may aylarında aylıq 190 manat birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün 229 mln. manat yönəldilib.
Beləliklə, 2020-ci ilin 6 ayında Nazirlik tərəfindən 3 mln. nəfərə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ödənişlər edilib və həmin istiqamətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 860 mln. manat və ya 40 faiz çox olmaqla ümumilikdə 3 mlrd. 59 mln. manat vəsait ödənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
30 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 32 d. əvvəl
-
-
37 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
42 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb



























