Hesab.az-dan yaya özəl iki kampaniya da uğurla başa çatdı!
(®️) Dünyada və ölkəmizdə davam edən pandemiya ilə əlaqədar olaraq insanların onlayn sahə və xidmətlərə ehtiyacı daha da artmışdır. Mümkün sahələrdə onlayn xidmətlərin aktiv istifadə olunması və mövcud onlayn xidmətlərin istifadə imkanlarının genişlənməsi qaçılmaz hal almışdır. Belə bir dövrdə Hesab.az onlayn ödəniş portalı öz xidmət və məhsullarını daha sürətli, funksional baxımından əlverişli olması üçün dayanmadan çalışır. Xüsusən yay aylarında kampaniyalarını dayandırmır, əksinə istifadəçilərinə evdən çıxmadan ödəniş edərək faydalanacaqları kampaniyalar təqdim edir. Eyni zamanda kampaniya qaliblərinə fiziki hədiyyə əvəzinə bonus, Hesab Koin və s. kimi onlayn hədiyyələr təqdim edir. İyun, İyul ayları ərzində Yay kampaniyası və Bakcell istifadəçiləri üçün xüsusi kampaniya təqdim edən Hesab.az istifadəçilərinə hər zaman faydalana biləcəkləri təkliflər edə biləcəyini göstərmiş oldu.
Yay kampaniyası 18-22 İyul tarixlərində Hesab.az veb səhifəsi və mobil tətbiqində ödəniş edən qeydiyyatlı istifadəçiləri əhatə etdi. Belə ki, kampaniya şərtlərinə əasən istifadəçilər həm Hesab.az mobil tətbiqində, həm də veb səhifəsində qeydiyyatlı şəkildə bir dəfə iştirak edərək, müəyyən edilmiş məbləği ödədikdə, müəyyən edilmiş sayda əlavə bonus və Hesab Koin əldə ediblər. Kampaniya mükafatının bonus və Hesab Koin olmasının əsas məqsədi istifadəçilərin karantin müddətində evdən çıxmadan ödənişlərini rahat və təhlükəsiz həyata keçirməyini təmin etmək, üstəlik ödənişlərdən onlayn olaraq hədiyyə əldə edilməsi idi.
18 İyun-18 iyul tarixlərində Hesab.az Bakcell istifadəçilərini sevindirəcək kampaniya təqdim edib. Hesab.az-da Bakcell balansı artıran istifadəçilər ekstra dəqiqələr və meqabaytlar, üstəlik Ulduzum kodunu daxil etməklə ikiqat bonuslar qazandılar. Qeyd edək ki, Ulduzum kodu yalnız bonus seçimi aktiv olan istifadəçilər üçün keçərli olur.
Qeyd edək ki, hər iki kampaniya istifadəçilər tərəfindən olduqca müsbət qarşılandı və yüksək fəallıqla başa çatdı.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur











.jpg)






