"Azərbaycana pul köçürmələri 23% azalacaq"
Asiya İnkişaf Bankının (AİB) yeni proqnozuna əsasən, bu il ən pis halda Azərbaycana daxil olan pul baratları 2018-ci il ilə müqayisədə 23,1% azalacaq.
Bankın hesabatında verilən məlumata görə, pul daxilolmalarının azalmasının əsəs səbəbi COVID-19 pandemiyasıdır. Belə ki, xaricdə işləyən miqrantların pandemiya ilə bağlı öz ölkələrinə dönməsi və işlədikləri ölkələrdə işsizliklə üzləşməsi bu prosesin daha kəskin şəkildə baş verməsinə səbəb olub.
AİB qeyd edir ki, bu il qlobal pul köçürmələri baza ssenari ilə 2018-ci il ilə müqayisədə 57,6 mlrd. dollar və ya 9,7%, təkcə Asiya və Sakit dəniz regionunda da isə 31,4 mlrd. dollar və ya 11,5% azalacaq. Ən pis halda bu göstəricinin dünyada 108,6 mlrd. dollar və ya 18,3%, Asiyada isə 54,3 mlrd. dollar və ya 19,8% azalacağı gözlənilir.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycana daxil olan pul baratları 934 mln. ABŞ dolları təşkil edib. Bu da 2018-ci illə müqayisədə 13,5% azdır. 2018-ci ildə isə ölkəyə daxil olan pul baratları 1 080 mln. dollara bərabər olub.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)








.jpg)






