Expressbank-dan müştərilərinə daha bir yenilik!
Bankın hüquqi şəxs və fərdi sahibkar müştəriləri banka gəlmədən xarici SWIFT ödənişlərini onlayn icra edə bilmək imkanı qazanıblar(®️) Uğur qazanmağın və zəmanənin əsas tələblərindən biri vaxta qənaət etmək, onu düzgün bölüşdürməkdir. Bu səbəbdən hər zaman müştərilərinə xüsusi qayğı və diqqətlə yanaşaraq, onların vaxtına dəyər verərək işlərinin daha rahat getməsi üçün çalışan Expressbank daimyeni texniki imkanlar, innovasiyalar, yeni layihələr üzərində çalışır.
Bu yeniliklərdən biri kimi Expressbank, daha bir layihəni yekunlaşdıraraq müştərilərinin istifadəsinə təqdim edib. Belə ki, 04.08.2020-ci il tarixindən etibarən, bankın hüquqi şəxs və fərdi sahibkar müştəriləri banka gəlmədən xarici SWIFT ödənişlərini “Expressbank Business” onlayn internet bankçılıq xidməti vasitəsi ilə icra edə bilmək imkanı qazanıblar.
Bunun üçün “Expressbank Business”-də qeydiyyatdan keçmiş müştərilər ödəniş məlumatlarını İnternet Bankinqə daxil etdikdən sonra ödənişin əsası olan təsdiqedici sənədləri yükləməli və ödənişi ASAN imza ilə təsdiqləməlidirlər. Tələb olunan sənədlərin əlavə resurslar vasitəsi ilə banka göndərilməsinə artıq ehtiyac qalmır.
Qeyd etmək istərdik ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə “Expressbank Business” onlayn internet bankçılıq xidməti vasitəsi ilə əməliyyatların sayında 51 % artım müşahidə edilib. Bu da xidmətin rahatlığı və çevikliyi haqqında məlumat verir. Təsadüfi deyil ki, SME Banking Club tərəfindən 2020-ci ilin araşdırmasına əsasən “Expressbank Business” onlayn internet bankçılıq xidməti Azərbaycanda biznes üçün İnternet Bankinq üzrə ilk üçlükdə yer alıb.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)







