Qazprom-un təbii qaz ixracından gəliri 51% azalıb
Rusiyanın enerji şirkətinin min kub metr təbii qaz ixrac qiyməti, iyunda may ayı ilə müqayisədə 13% geriləyərək 82 dollara düşüb.
Rusiyanın enerji şirkəti Qazprom-un təbii qaz ixracından gəliri, 2020-ci ilin ilk 6 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 51,2% düşərək 11,3 milyard dollara geriləyib.
Marja xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına görə, Qazprom-un boru xəttləri ilə təbii qaz ixracının həcmi isə yanvar-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 17,8% azalaraq 91,1 milyard kub metrə düşüb.
Qazprom-un min kub metr təbii qaz ixrac qiyməti də iyunda bir əvvəlki ayla müqayisədə 13% geriləyərək 82 dollara enib.Analitiklər, şirkətin təbii qaz ixracından qazanc əldə edə bilməsi üçün min kub metr təbii qaz qiymətinin 90 ilə 100 dollar aralığının üzərində olması lazım olduğunu bildirirlər.
Qazpromun xalis mənfəəti keçən il 2018-ci illə müqayisədə 17% azalaraq 1,2 trilyon rubla (təxminən 17 milyard dollara) geriləmişdi. Dünyanın ən böyük təbii qaz istehsalçılarından biri olan Qazprom, Rusiya qanunlarına görə boru xəttlərilə təbii qaz ixracı səlahiyyətinə malik ölkənin tək şirkətidir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) təxminlərinə görə, qlobal təbii qaz tələbinin bu il 4% azalaraq rekord səviyyədə düşməsi gözlənilir.
Həmçinin oxu
Rusiyanın neft ixracından gəliri təxminən 35% azalıb
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayterlərindən biridir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 22 d. əvvəl
-
36 d. əvvəl
“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR və SLB şirkəti sənəd imzaladı
-
52 d. əvvəl
AADA sədri "Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi" mövzusunda çıxış edib
-
1 saat əvvəl
Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
-
10 saat əvvəl
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsindən azad edilib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İlon Maskın sərvəti 500 milyard dolları görüb

Azərbaycan neftinin son qiyməti

Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı

Qlobal bankdan "qızıl daha da bahalaşa bilər" proqnozu

Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Ən çox oxunanlar

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Əliyev Danimarkada səfərdədir, ziyafətdə iştirak edib

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Netflix-in səhmləri İlon Maskın izləyicilərini xidmətə abunəliyi ləğv etməyə çağırandan sonra ucuzlaşıb
