Amerika sessiyasında dollara dəstək gəldi

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri Amerika sessiyasında dəstək görərək, yenidən bahalaşmağa başlayıb. Dollar indeksi ilə tanış olduqda, 92.92 punktda güclü dəstəyin formalaşdığı müşahidə edilir. Gün ərzində Asiya, Avropa və Amerika sessiyaların da indeksin cümə axşamının müqavimət səviyyəsi - 93.40 punkt üzərində möhkəmlənəcəyi təqdirdə, 93.91 və 94.34 punkta kimi bahalaşacağı proqnozlaşdırılır.
Bütün bunlar dünyada Korona böhranı ilə mübarizədə Avropanın daha yaxşı vəziyyətdə olmasına və bu səbəbdən də son günlər avroya olan tələbin artmasına baxmayaraq, payız aylarına dair qeyri-müəyyənliyin yenidən artması şəraitində avro ilə müqayisədə güvənli liman maliyyə aləti kimi dollara olan tələb daha yüksək olduğunu göstərir. Breksit ticarət sazişi danışıqları fonunda qeyri-müəyyənliyin qalması da funt/dollar məzənnəsində korreksiyaların davam etməsinə əsasdır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonanın iqtisadi inkişaf və ticarət dövriyyəsi, saat 16:30-da isə ABŞ-ın pərakəndə satış və sənayə istehsalı ilə bağlı önəmli göstəridilərin dərc edilməsi investorların diqqət mərkəzində olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
8 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 11 d. əvvəl
- 22 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
