Bundan sonra rüsumsuz alış-veriş üçün ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
"Bir dəfə gələndə bir corab gətirmisinizsə, gələn dəfə gələndə bir köynək gətirə bilməzsiniz"
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Yeni qaydalara görə, fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb. Belə ki, indiyədək vətəndaş şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi. Yeni dəyişikliyə görə bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir. Digər narahatlıq doğuran məqam isə bir nəfərin 300 və 800 dollarlıq limitdən ay ərzində cəmi bir dəfə istifadə edə bilməsi ilə bağlıdır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlamasında Nazirlər Kabinetinin yeni qərarının elektron ticarəti məhdudlaşdırmağa yönəldiyini bildirib. O qeyd edib ki, qərarı iki cür şərh etmək olar: “Gömrük Komitəsi istəsə bunu belə formada şərh edə bilər, bir ay ərzində 1 dollarlıq mal gətirmisinizsə, həmin ay heç nə gətirə bilməzsiniz. Yəni qalan 299 dollarlıq mal gətirə bilməzsiniz. Hesab edin ki, ay ərzində iki dəfə Gürcüstana konfransa getmisiniz, bir dəfə gələndə bir corab gətirmisinizsə, gələn dəfə gələndə bir köynək gətirə bilməzsiniz. Ona görə də, bu çox biabırçı qərardır. Bu məqam əvvəlki dövrlərdə daha açıq şəkildə yazılmışdı. Bu dəfə elə yazılıb ki, iki cür anlaşılır. Bəlkə də qəsdən belə yazılıb”.
Ekspert əlavə edib ki, ölkədə bu cür qərarın qəbulunda maraqlı adamlar var:
“2015-ci ildə prezident öz fərmanı ilə fiziki şəxslər üçün rüsumsuz gətirilən malların məbləğini 10 min dollar müəyyənləşdirmişdi. Lakin sonradan hansısa maraqlı şəxslər bu fərmanı icra etməyə qoymadılar. Düşünürəm ki, əgər ölkədə yerli istehsal olsaydı, hökumət də yerli istehsalı düşünüb belə bir məhdudiyyət tətbiq edə bilərdi. Amma yerli istehsal, misal üçün telefon, tekstil və s. burada istehsal olunmur. Bunu xaricdən gətirməyə qoymamaq ölkədə istehsalı qorumaq yox, hansısa böyü idxalçını qorumaqdır. Bu qərar yerli istehsalı qorumağa yönəlməyib”, - Osman Gündüz qeyd edib.
Mütəxəssis hesab edir ki, hökumət təcili bu qərarına yenidən baxmalıdır. Ölkədə e-ticarətin inkişafı üçün, idxal sahəsində rəqabətli mühitin formalaşması üçün daha effektiv mexanizmlər tapılmalıdır. Yerli istehsal olmadığı şəraitdə vətəndaşın şəxsi məqsədlər üçün, e-ticarət yolu ilə alış-verişini məhdudlaşdırmaq yolverilməzdir.
Qeyd edək ki, qərar sentyabrın 21-dən qüvvəyə minir.
©️ “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
2 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
4 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
5 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
5 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
6 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
