Təcrübəsiz işə qəbul? - “Rabitəbank”da bu mümkündür!
(®️) Ölkənin aparıcı banklarından biri olan “Rabitəbank” ASC təkcə müştərilərinə deyil, 800-ə yaxın əməkdaşına da daim “Rahat bankçılıq” təcrübəsini yaşatmaqdadır.
Universiteti yeni bitirmiş gənc kadrların iş tapmaq cəhdləri çox zaman iş təcrübələrinin olmaması səbəbi ilə uğursuz olur. “Rabitəbank” isə iş müsahibələrində tez-tez eşidilən bu stereotipi qıraraq işə qəbul prosesində təkcə ali təhsili uğurla bitirməyi prioritet götürür.
Yenicə yekunlaşmış “SME və Mikro yetişdirmə layihəsi” sayəsində “Rabitəbank Təlim Akademiyası”nın təcrübə proqramına uğurla qəbul olmuş 12 gənc kredit mütəxəssisi ölkənin ən müasir banklarından biri olan “Rabitəbank”da karyera imkanlarına yiyələndilər. Belə ki, proqramın seçim mərhələlərini müvəffəqiyyətlə addımlayan namizədlər Bankda təcrübəçi kimi deyil, birbaşa əmək müqaviləsi ilə rəsmi işçi kimi qeydiyyata alındılar. Bununla da “Rabitəbank”da əməkdaşlar sözün əsl mənasında 3 aylıq təcrübə mərhələsini yarım ştat olaraq rəsmi işçi kimi uğurla başa vurduqdan sonra dərhal tam ştata keçiriləcəklər. Təcrübəsiz gənc kadrlara iş imkanları təqdim edilməklə yanaşı Bankda karyera pillələrini zirvəyə doğru addımlamaq da mümkündür. “Rabitəbank”ın Təlim və İnkişaf Şöbəsinin rəhbəri Günel Həsənlinin verdiyi məlumata görə “Rabitəbank”da potensial namizədlərin bacarıqlarının üzə çıxarılması və mütəxəssis kimi yetişdirilməsi daim əsas missiya kimi dəyərləndirilir. “SME və Mikro yetişdirmə layihəsi” bu illik yekunlaşsa da, yenidən planlaşdırıldığı da doğrudur. Əlavə olaraq, “Rabitəbank”da təkcə kredit mütəxəssisi deyil, həmçinin İT, Əməliyyat və digər departamentlərdə iş imkanları təqdim edəcək mütəxəssis yetişdirmə layihələri də nəzərdə tutulub.
“Rabitəbank”da çalışmaq və uğurlu karyera təcrübəsinə yiyələnmək arzusunda olanlar yeniliklərdən xəbərdar olmaq üçün “LinkedIn” platformasında “Rabitabank Careers” səhifəsini izləyə və ya Bankın rəsmi www.rabitabank.com saytında məlumatlar əldə edə bilərlər.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 26 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib











.jpg)






