Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan bankı Silahlı Qüvvələrə 1 milyon manat yardım etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bankı Silahlı Qüvvələrə 1 milyon manat yardım etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən ordumuza dəstək məqsədilə  Azərbaycan Beynəlxalq Bankı Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb. 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələbələrə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyətindən irəli gələrək bu ilin martında Koronavirusla Mübarizəyə Dəstək Fonduna da 2 milyon məbləğində ianə ayırıb.

Bundan başqa, Bank pandemiyaya qarşı mübarizə üçün xaricdən ölkəmizə tibb mütəxəssislərinin gətirilməsinə də dəstək verib. Bankın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qardaş Türkiyənin “Acıbadem” xəstəxana və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunub.

Ölkəmizin böyük kommersiya qurumlarından biri olaraq Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyət layihələri çərçivəsində bu cür tədbirləri bundan sonra da davam etdirəcək.

30.09.2020 17:32

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18