Səudiyyə Ərəbistanı "OPEC+" sazişi çərçivəsində gələn il üçün hasilat artımı üzrə planı ləğv etmək niyyətindədir
Səudiyyə Ərəbistanı "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələrin neft hasilatının azaldılması üzrə təşəbbüsü) sazişi çərçivəsində gələn il neft hasilatının artımı planının ləğvini nəzərdən keçirir.
Xarici mətbuatın verdiyi məlumata görə, bunun əsas səbəbləri kimi, dünyada COVID-19 pandemiyasının yoluxma hallarının çoxalması və Liviyada neft hasilatının bərpa olunması fonunda dünyada xam neft ehtiyatlarının artması ehtimalı göstərilir.
"Wall Street Journal"ın mənbələrə istinadən verdiyi məlumata görə, bazar gündəlik əlavə 2 mln. barel neft qəbul edə bilməz.
Qeyd edək ki, yeni "OPEC+" razılaşması cari ilin may ayında qüvvəyə minib. Təşkilata üzv olan ölkələr gündəlik neft hasilatını üç ay ərzində 9,7 mln. barel azaltmağa başladı. Avqust ayından alyans hasilatı azaltmağı davam edib, lakin daha az həcmlərdə – ilin sonunadək olan dövr üçün gündə 7,7 mln. barel, daha sonra isə 2022-ci il aprelin sonuna qədər 5,8 mln. barel.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
9 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 17 d. əvvəl
-
41 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir




























