"Əsgərlərimizin qazandığı uğurları diplomatik cəbhədə davam etdirməliyik"
“Azərbaycanın əks-hücumu ilə status-kvo dəyişdirildi”.
Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, 30 il ərzində Ermənistanın işğal siyasəti gündən-günə güclənirdi: “Ermənistan Cəbrayılda, digər işğal olunmuş ərazilərdə süni məskunlaşma siyasəti aparırdı və Ermənistanın bu addımına reaksiya verilmirdi. Artıq indi təmas xətti anlayışı yoxdur. Ermənistan təmas xəttini guya qondarma rejimlə Azərbaycan arasında sərhəd anlayışı kimi təqdim etmək istəyirdi”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, sülhə məcburetmə əməliyyatının birinci mərhələsi uğurla başa çatıb: “Beynəlxalq ictimaiyyətin çağırışına cavab olaraq Ali Baş Komandanın tapşırığı ilə Xarici İşlər naziri Moskvada danışıqlarda iştirak etjdi. Müvəqqəti atəşkəs Cenevrə konvensiyasından da irəli gələn addımdır. Ancaq Ermənistan bundan da istifadə edir, atəşkəsi pozur və xarici jurnalistlər də yerlərdə bunu qeydə alır”.
H. Hacıyev nəzərə çatdırıb ki, 10 gün ərzində Cəbrayıl və kəndləri, o cümlədən Dağlıq Qarabağda Hadrut yaşayış qəsəbəsi və ətraf kəndlər işğaldan azad edilib: “Bu, Ermənistana böyük psixoloji zərbədir. Münaqişələr tək hərbi deyil, hərbi-siyasi yolla da davam etdirilir. Əsgərlərimizin qazandığı uğurları diplomatik cəbhədə davam etdirməliyik. Hərbi qələbələrimizin davamı olaraq diplomatik-siyasi cəbhədə də üstünlüyümüz davam edir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















.jpg)