"Çoxsaylı sifarişlər almışıq, istehsalı artırmağı planlaşdırırıq"
"Kercom" şirkətinin iqtisadiyyatımızın şaxələndirilməsində, qeyri-neft sektorunun inkişafında, ixracyönümlü məhsulların istehsalında öz yeri var
"Kercom" şirkətinin rəhbəri, sahibkar Cavid Kərimov, “Biz artıq qablaşdırma, sertifikatlaşdırma, istehsal həcminin artırılması istiqamətində real addımlar atırıq. Bir sıra sərgilərə qatılmışıq, bal və arıçılıq məhsullarımızı nümayiş etdirmişik. Aldığımız çoxsaylı sifarişlər nəticəsində istehsal həcmimizi artırmağı planlaşdırırıq. Bu tələblərə cavab vermək üçün fəaliyyətimizi yaxın müddətdə istehsalımızı artırmaq istiqamətində sərmayə və digər müvafiq prosesləri uyğunlaşdıraraq koordinasiya olunmuş şəkildə aparmağı düşünürük. Yaxın gələcəkdə otellər və restoranlar üçün kiçik plastik qablaşmada məhsullarımızı təqdim edəcəyik", - deyə qeyd edib.
Cavid Kərimov diqqətə çatdırıb ki, şirkətin əsas prioritet istiqaməti ixrac-satış kanalıdır:
“Bu istiqamətdə biz dövlətlə çox sıx işləyirik. Dövlətimizin başçısı tərəfindən sahibkarlığın inkişafına verilən dəstək nəticəsində hər il Almaniyada keçirilən ənənəvi "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisinə qatıldıq və "MR BEE" brendimizi nümayiş etdirdik. Daxili satış kanalımız isə iri market şəbəkələridir və bu şəbəkə genişlənməkdədir. Bununla yanaşı, bizim dünya üzrə öz bazarlarımız da mövcuddur. Bu, əsasən Körfəz ölkələridir. Bu bazarlarda sərt rəqabət olmasına baxmayaraq, biz artıq müəyyən nailiyyətlər əldə etmişik, sifarişlər almışıq.
Digər satış kanallarımızdan biri də ölkəmizdəki yeganə onlayn saytımızdır ki, ödənişi plastik və kredit kartla, həmçinin taksit kartla etmək mümkündür”.
"Krecom" şirkətinin, eyni zamanda, "Baku Businnes Factory" ilə sıx əməkdaşlıq etdiyini deyən C.Kərimov "Baku Businnes Factory"nun gənc sahibkarlara, startaplara dəstək verdiyini vurğulayıb.
© Azərtac
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycanın 2 şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti













.jpg)







