Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində özünü Qondarma Respublikanın “prezidenti” kimi təqdim edən Araik Arutyunyan orada məskunlaşmış sakinlərin Dağlıq Qarabağdan çıxışını məhdudlaşdıran “fərman” imzalayıb.
Arutyunyan bu barədə öz feysbuk hesabında məlumat verib. O qeyd edib ki, yeni hərbi mükəlləfiyyəti olan şəxslərin Dağlıq Qarabağ ərazisini tərk etməsi qadağan olunacaq. Bildirilib ki, həmin şəxslər yalnız qondarma hərbi hissə tərəfindən verilən “xüsusi icazə sənədi” əsasında ərazini tərk edə bilərlər.
Bu saxta fərmanın imzalanması da göstərir ki, erməni əhalisi Azərbaycanın Qarabağ bölgəsini kütləvi şəkildə tərk edir. Amma çaşqınlıq içində qalmış Ermənistan hakimiyyəti döyüşlərdə iştirak etmək istəməyən, döyüş meydanından qaçan vətəndaşlarını məcburi şəkildə orada saxlamağa çalışır.
Qeyd edək ki, ötən gün Arutyunyan Azərbaycan Silahlı Qüvvələrinin erməni mövqelərinə güclü zərbələr endirdiyini və cəbhə xəttinin bir neçə istiqamətində içərilərə doğru hərəkət etdiyini etiraf etmişdi.
“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















