Gecə düşmən ciddi itki verib - RƏSMİ AÇIQLAMA
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Düşmənin artilleriya batareyası məhv edilib, alay komandirinin müavini yaralanıb. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb.
İşğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.
Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.
5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.
10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.
9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.
Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.
Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.
Həmçinin oxu
4 rayonun əraziləri atəşə tutulur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
