Səudiyyə Ərəbistanı büdcəsində böyük məbləğdə kəsir yaranıb
Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinin açıqlamasına görə, ölkənin dövlət büdcəsində 2020-ci ilin doqquz ayında 49,2 milyard dollar (184,11 milyard rial) kəsir yaranıb.
Marja xəbər verir ki, cari ilin 9 ayında Səudiyyə Ərəbistanının büdcə gəlirləri 144,4 milyar dollar, büdcə xərcləri 193,6 milyard dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 24%, büdcə xərcləri isə 3% azalıb.
Büdcə gəlirlərinin azalmasına, qlobal neft qiymətlərinin düşməsi və nəticədə ölkənin neft gəlirlərinin illik 33% azalması səbəb olub.
Səudiyyə Ərəbistanının, 2019-cu ilin sonunda 180,8 milyard dollar olan dövlət borcunun da bu ilin üçüncü rübündə 25% artaraq 226,14 milyard dollara çatdığı açıqlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























