Visa Azərbaycanın prosessinq mərkəzilə müqavilə imzalayıb
Yeni rəqəmsal xidmətlər yaradılacaqVisa və Azericard prosessinq mərkəzi Azərbaycanda rəqəmsal ödəniş həllərinin inkişaf etdirilməsi üçün tərəfdaşlıq müqaviləsi imzalayıb.
Marja xəbər verir ki, tərəfdaşlıq çərçivəsində Visa və Azericard rəqəmsal emissiyanın inkişafı və geniş istifadəçi kütləsi üçün innovativ rəqəmsal ödəmə həllərinin yaradılması üzərində işləyəcəklər.
"Belə əməkdaşlıq Azərbaycanda mövcud rəqəmsal xidmətlərin çeşidini genişləndirəcək və iqtisadiyyatın rəqəmsallaşmasına təkan verəcəkdir",- Visa-nın yaydığı məlumatda bildirilir.
“Yeni nəsil rəqəmsal ödənişlərin təşviqində "fintech" cəmiyyətini və tərəfdaşlarımızı dəstəkləmək Visa üçün strateji prioritetdir. Azericard ilə tərəfdaşlıq Azərbaycanda ödəmə ekosisteminin inkişafı üçün geniş perspektivlər açır və istehlakçılar üçün ən uyğun olan yeni rəqəmsal xidmətlər yaratmağımıza imkan verir”,- "Visa" beynəlxalq kart təşkilatının Qafqaz üzrə regional meneceri Kristina Doroş deyib.
“Visa ilə tərəfdaşlıq müqaviləsinin imzalanması bazar üçün misilsiz bir hadisədir və Azericard-ın Azərbaycanın kart texnologiyaları bazarında liderlik statusunun daha bir təsdiqidir. Rəqəmsal ödəmə texnologiyalarının inkişafı üzrə birgə işlər təmassız nağdsız ödənişlərin inkişaf tempinin artmasına, istifadəçilər üçün təhlükəsizlik və rahatlıq səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına kömək edəcək, eyni zamanda nağdsız ödənişlər bazarındakı bütün oyunçular üçün yeni bir göstəriciyə çevriləcək", - "Azericard" MMC-nin baş direktoru Fərid Quliyev bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























