Azərbaycana İrandan bal idxalı kəskin artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 317,76 min ABŞ dolları dəyərində 88,84 ton təbii bal idxal edilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 20,7%, həcm ifadəsində isə 6,8% azdır.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış hesabalamaya görə, ölkəyə bal idxalında ən böyük paya İran sahib olub. Belə ki, hesabat dövründə İrandan Azərbaycana 106,57 min dollar dəyərində 53,26 ton təbii bal tədarük edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,4 dəfə, həcm ifadəsində isə 5,6 dəfə artıb.
İdxalda ikinci yerdə Türkiyə qərarlaşıb. Bu ölkədən Azərbaycana 126,5 min dollar dəyərində 21,95 ton sözügedən məhsuldan göndərilib ki, bu göstəricilər son bir ildə müvafiq olaraq 21,5% və 32,3% azalıb.
Bununla yanaşı, hesabat dövründə Azərbaycan, öz növbəsində, cəmi 3 780 dollar dəyərində 140 kq bal ixrac edib ki, bu illik müqayisədə müvafiq olaraq 7,3 dəfə və 7,4 dəfə azdır.
Azərbaycana təbii bal ixrac edən TOP-5 ölkə
# | Ölkə | Həcm, ton | Həcmin dinamikası, % | Məbləğ, $ | Məbləğin dinamikası, % |
1 | İran | 53,26 | 4,4 dəfə | 106 570 | 5,6 dəfə |
2 | Türkiyə | 21,95 | -32,3 | 126 480 | -21,5 |
3 | Rusiya | 7,51 | -74,3 | 37 410 | -72,1 |
4 | Danimarka | 1,98 | 50 | 10 490 | 38,9 |
5 | Almaniya | 1,8 | 50 | 15 770 | 62,7 |
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





