Əmanətçilərə kompensasiyaların ödənilməsində bir ilk
Bağlanan son 4 bankın ödənilmiş kompensasiya məbləğinin məbləği 600 milyon manatı keçdi. İlk dəfə çox qısa zamanda (6 ay ərzində) 600 milyon manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilmişdir."Ölkəmizdə pandemiyanın, sərt karantin rejiminin və hərbi vəziyyətin hökm sürdüyü bir zamanda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun effektiv fəaliyyəti və uğurlu idarəetmə prinsiplərinin nəticəsində, Fond yarandığı tarixdən və bu günədək fəaliyyətdə olduğu müddət ərzində ilk dəfə qısa müddət ərzində bağlanmış son 4 bank üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsində bir ilkə imza atmışdır".
Bu Fondun yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş, lisenziyaları ləğv edilmiş və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi təyin olunmuş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin toplam 23929 əmanətçisinə Fond tarixində ilk dəfə çox qısa zamanda (6 ay ərzində) 600 milyon manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilmişdir.
Belə ki, bu ilin iyun ayının 16-dan dekabr ayının 1-dək agent bank olaraq təyin edilmiş “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın toplam 8606 əmanətçisinə 228 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 84%-i) ödənilmişdir. Həmçinin, iyun ayının 1-dən dekabrın 1-dək agent bank qismində seçilmiş “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın toplam 15323 əmanətçisinə 372 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 92%-i) ödənişi həyata keçirilmişdir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu olaraq bildiririk ki, bağlanmış son 4 bank üzrə kompensasiyaların tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşacaqdır. Hazırda, qalan digər əmanətçilərin kompensasiyaların ödənilməsi seçilmiş agent bankların filiallarında həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







