İşğaldan azad olunan ərazilərdə İtaliyanın “Ansaldo Energia” şirkəti ilə əməkdaşlığa dair müzakirlər aparılıb
İşğaldan azad edilmiş ərazilərdə elektroenergetika sahəsində İtaliyanın “Ansaldo Energia” şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) bildirilib ki, energetika nazirinin müavini Elnur Soltanov, agentliyin idarə heyətinin sədri Samir Axundov və energetika nazirinin müşaviri Cavid Abdullayev AERA-nın baş ofisində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Cuzeppe Marino, İtaliyanın Azərbaycandakı səfiri Avqusto Massarinin daxil olduğu nümayəndə heyəti ilə görüşüblər.
Görüş zamanı “Ansaldo Energia” şirkətinin ölkəmizlə, xüsusilə də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, enerji istehsalı sahəsində İtaliyanın və dünyanın aparıcı şirkətlərindən biri olan “Ansaldo Energia” elektrik stansiyalarının inşası, elektroenergetika avadanlığının (qaz və buxar turbinləri, generatorlar və mikro turbinlər) istehsalı ilə yanaşı, bu sahədə xidmətlər də təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
6 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
6 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
10 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
12 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb


























