Ukrayna aviaşirkəti Bakıdan qeyri-müntəzəm uçuş həyata keçirəcək
Ukraynanın “SkyUp Airlines” aviaşirkəti dekabr ayında Azərbaycana qeyri-müntəzəm uçuş həyata keçirəcək.
Bu barədə aviaşirkətin yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, aviaşirkət Bakı-Kiyev reysi üzrə qeyri-müntəzəm uçuşlar edəcək. Adlçəkilən reys üzrə uçuşun dekabrın 28-də həyata keçirilməsi planlaşdırılıb.
Biletlərin qiyməti 8 100 qrivnadan (496 manat) başlayır.
Bu çarter reysi Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün təşkil olunub.
Qeyd edək ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşa buraxılacaq.
Bundan başqa, “SkyUp Airlines” aviaşirkəti Kiyev-Tbilisi-Kiyev və Kiyev-Daşkənd-Kiyev qeyri-müntəzəm uçuşlar həyata keçirəcək. Tbilisi-Kiyev reysləri 19, 26 və 30 dekabrda baş tutacaq. Kiyev-Daşkənd reysləri isə 17, 26 dekabr, həmçinin 2021-ci ilin 6 və 20 yanvar tarixlərində baş tutacaq. Daşkənd-Kiyev qeyri-müntəzəm aviareysləri isə 17, 24 dekabr və 7, 21 yanvar tarixlərində həyata keçiriləcək.
Bundan öncə qeyd edilib ki, “SkyUp” aviaşirkəti dekabr və yanvar aylarında Çexiya, İtaliya və Fransaya da qeyri-mütənzəm uşuşlar həyata keçirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
7 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 11 d. əvvəl
-
-
26 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı

























