Zamirə Hacıyeva 22 milyon funt-sterlinq dəyərində əmlakını itirə bilər
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı, hazırda Londonda yaşayan Zamirə Hacıyeva 22 milyon funt-sterlinq dəyərində əmlakını itirə bilər.
"Guardian"ın verdiyi xəbərə görə, Britaniya Ali Məhkəməsi bu gün Zamirə Hacıyevanın bu qədər pulu necə əldə etməsini açıqlamağı tələb edən Milli Cinayət Agentliyi tərəfindən ona qarşı açılan cinayət işinə qarşı apelyasiya şikayətini rədd edib.
Daha öncə Apelyasiya məhkəməsi də 2018-ci ildə çıxarılmış qərarın ləğvi ilə bağlı verilmiş apelyasiya şikayətini ləğv etmişdi.
Milli Cinayət Agentliyinin nəzdindəki Milli İqtisadi Cinayət Mərkəzinin direktoru Qrem Biqqar bildirib ki, artıq Zamirə Hacıyevanın qərardan apellyasiya şikayəti verməsi üçün yol yoxdur. "Artıq ondan bu əmlakla əlaqəli axtardığımız məlumatları təqdim etməsi tələb olunacaq", - deyə o bildirib.
Məhkəmə tələbini yerinə yetirmədiyi təqdirdə Britaniyanın Milli Cinayət Agentliyi Londonun mərkəzindəki evi və 11 milyon funt-sterlinqlik “Berkshire golf” sahəsi daxil olmaqla, onun 22 milyon funt-sterlinq dəyərində əmlakına əl qoya biləcək.
Xatırladaq ki, Böyük Britaniyada 2017-ci ildə qəbul edilmiş "Kriminal maliyyələşdirmə haqqında" qanuna əsasən, Britaniyanın Milli Cinayət Agentliyi mənbəyi aydın olmayan sərvət haqqında sorğu (Unexplained wealth orders, UWO) göndərmək hüququna malikdir. Eyni zamanda 50 min funt sterlinqdən artıq gəlir əldə edilməsinə dair aydın izahın olmadığı təqdirdə aktivlər dondurula bilər.
Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
3 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
7 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
7 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















