Azərbaycan şirkəti Həştərxanda iri logistik terminal yaradır
Azərbaycan-Rusiya İşgüzar Şurası və Həştərxan iş adamları arasında onlayn görüşAzərbaycan-Rusiya İşgüzar Şurası və Həştərxan vilayəti Sənaye və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın və Həştərxan vilayətinin iş adamları arasında video-konfrans formatında görüş keçirilib.
Azərbaycan-Rusiya İşgüzar Şurasından Marja-ya verilən məlumata görə, Azərbaycan və Rusiya şirkətlərinin, iri ticarət şəbəkələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə kənd təsərrüfatı, balıq sənayesi, gəmiqayırma, tikinti, metallurgiya, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni infrastruktur və biznes layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir. Bu layihələrdə tərəfdaş ölkələrin şirkətlərinin iştirakı iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacaqdır.
Azərbaycan şirkətlərinin Həştərxan vilayətində investisiya layihələrinin həyata keçirilməsində fəallığını vurğulayan Səməd Qurbanov Azərbaycanın “KDY Logistics” şirkəti tərəfindən iri logistik terminalın yaradılması layihəsini qeyd edib. Bildirilib ki, Həştərxanda birgə sosial layihələr də həyata keçirilir. Bunlar arasında Ulu Öndər Heydər Əliyevin abidəsinin açılması, şəhər bağçasının abadlaşdırılması, məktəbin yenidən qurulması, uşaq bağçasının tikilməsi və bir çox digər layihələr də vardır.
Bütün bunlar Azərbaycan-Rusiya Federasiyası Həştərxan vilayəti əlaqələrinin genişlənməsi, eyni zamanda sahibkarları arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, ticarət və investisiya sahələrində birgə layihələrinin həyata keçirilməsi istiqamətində mühüm rol oynayacaq.
Görüşdə çıxış edən Həştərxan vilayəti sənaye və təbii sərvətlər naziri Denis Afanasyev Həştərxan vilayətinin Azərbaycan Respublikasının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Son illərdə Həştərxanda Azərbaycanın iştirakı, ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə böyük layihənin həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, Həştərxan vilayətinin sahibkarları Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır və qarşılıqlı ticarət həcminin artırılması üçün böyük potensial var.
Videokonfrans çərçivəsində biznes dairələri arasında müxtəlif sahələrdə yeni əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
10 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
10 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
15 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
16 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
























