Yelo Bankın sahibi bu il sərvəti ən çox azalan Rusiya milyarderidir
“Forbes” jurnalı 2020-ci ildə sərvəti ən çox azalan Rusiya milyarderlərinin reytinqini tərtib edib. Siyahıya “Lukoil” şirkətinin baş direktoru, azərbaycanlı Vahid Ələkbərov başçılıq edir.
“Forbes”a istinadən verdiyi məlumata görə, Ələkbərovun sərvəti 2020-ci ildə əsasən “Lukoil”in kotirovkalarının azalması səbəbindən 4,082 mlrd. ABŞ dolları azalıb. V. Ələkbərov “Lukoil” səhmlərinin 28%-nə sahibdir.
Reytinqin ikinci yerində il ərzində 3,555 mlrd. dollar itirən “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, üçüncü yerində isə sərvəti il ərzində 2,339 mlrd. dollar azalan “Volga Group” özəl investisiya qrupunun sahibi Gennadi Timçenko qərarlaşıb.
Siyahının ilk onluğuna Leonid Fedun (il ərzində 1,757 mlrd. dollar itirib, sərvəti 8,259 mlrd. dollar), Mixail Qutseriyev (1,689 mlrd. dollar itirib, sərvəti 2,106 mlrd. dollar), Samvel Karapetyan (1,533 mlrd. dollar itirib, sərvəti 2,567 mlrd. dollar), İqor Altuşkin (1,331 mlrd. dollar itirib, sərvəti 4,08 mlrd, dollar), Oleq Deripaska (1,072 mlrd. dollar itirib, sərvəti 3,018 mlrd. dollar), Vladimir Boqdanov (1,002 mlrd. dollar, 1,836 mlrd. dollar), Qod Nisanov və Zarax İliyev (0,995 mlrd. dollar, 2,745 mlrd. dollar) daxil olub.
“Forbes” qeyd edir ki, ən çox neft texnologiyaları sahələri itirib.
Qeyd edək ki, Vahid Ələkbərov Azərbaycanda fəaliyyət göstərən "Yelo Bank" ASC-nin əsas səhmdarıdır.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
10 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















