Depozit dərəcəsi 13%-dən aşağı düşdü
Mərkəzi bankın depozit hərracında bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi aşağı düşür.
“Marja” xəbər verir ki, 01.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 274.9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,98% təşkil etmişdir. Bu, 2017-ci ildə qeydə alınmış ən aşağı faiz dərəcəsidir.
28.04.2017-ci il tarixində keçirilmiş depzoit hərracında bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 13,53%, 24.04.2017-ci il tarixində 13,71%, 17.04.2017-ci il tarixində 13,96%, 14.04.2017-ci il tarixində 14,14%, 10 aprel 2017-ci il tarixində 14,58%, 03 aprel 2017-ci il tarixində 14,76%, 31 mart 2017-ci il tarixində 14,53%, 27 mart 2017-ci il tarixində 14,71%, 17 mart 2017-ci il tarixində 14,60%, 13 mart 2017-ci il tarixində 14,65%, 6 mart 2017-ci il tarixində 14,79%, 3 mart 2017-ci il tarixində 14,79%, 27 fevral 2017-ci il tarixində 14,73%, 20 fevral 2017-ci il tarixində 14,87%, 17 fevral 2017-ci il tarixində 14,73%, 13 fevral 2017-ci il tarixində 14,74%, 6 fevral 2017-ci il tarixində 14,81%, 3 fevral 2017-ci il tarixində 14,79%, 30 yanvar 2017-ci il tarixində 14,60%, 24 yanvar 2017-ci il tarixində 14,59%, 17 yanvar 2017-ci il tarixində 14,00%, 09 yanvar 2017-ci il tarixində 14,80% təşkil etmişdi.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.
Qeyd edək ki, son depozit hərraclarında tələb təklifi kəskin üstələyir.
Mərkəzi Bank depozit hərracları üzrə son dövrlər 14 gün müddət və 12,01%-14,99% faiz intervalı müəyyən edib. Ötən il keçirilmiş hərraclarda müddət 28 gün idi.
Mərkəzi Bank 13 İyun 2016-cı ildə keçirilmiş birinci hərracda 6,49% dərəcəsi ilə 129 ilyon manat cəlb etmişdi. Ən yüksək faiz dərəcəsi 14,98% olaraq 2016-ci ilin 14 Noyabr tarixində qeydə alınmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























