Fed sabah nə edəcək?
ABŞ Mərkəzi Bankının (Fed) sabah başa çatacaq pul siyasəti toplantısında faizin sabit saxlanılması barədə qərar veriləcəyi və iqtisadiyyatın gedişini izləməyə davam edəcəyi güman edilir.
"Marja" xəbər verir ki, Mərkəzi Bank qərar mətnində faizin iyun ayında artıra biləcəyinin siqnalını verə bilər.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Dekabr ayında faizi 25 bənd artıran Fed, bundan iki iclas sonra Mart ayında da faizi artırmışdı. Hazırda Fed-in pul siyasəti faizi 0.75 faiz ilə 1 faiz intervalındadır.
Reuters-in sorğusuna qatılan iqtisadçılar bu ay Fed-in faizlərdə dəyişiklik ediləcəyinə o qədər də ehtimal vermir. İnvestorlar, faizin İyun ayında keçiriləcək növbəti iclasında qaldırılacağını təxmin edirlər.
Fed eyni zamanda, Trump rəhbərliyinin iqtisadiyyata təsir edəcək vergi, kommunal xərclər və tənzimləmə sahələri ilə bağlı Konqresdən keçirəcəyi layihələri görmək istəyir. Hakimiyyətin iqtisadiyyata müsbət təsir edəcək tədbirlər görməsi faiz qərarlarını önə çəkə bilər.
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
ABŞ İQTİSADİYYATI QARIŞIQ SİQNALLAR VERİR
Fed-in son toplantısından bu yana iqtisadiyyatdan qarışıq siqnallar gəlir. ABŞ iqtisadiyyatı ilin ilk rübündə istehlakçı xərclərindəki azalmalar ilə əlaqədar olaraq 0.7 faiz kimi yavaş bir böyümə qeyd edib.
Buna qarşılıq investisiyalardakı artım və əmək haqlarında 10 ilin ən sürətli yüksəlişinin qeyd edilməsi ilin davamında iqtisadiyyatın yeni təkan qazanacağına işarə edir.
ABŞ-da məşğulluq artımı da mart ayında kəskin şəkildə yavaşlayıb. Buna qarşılıq işsizlik 4.5 faiz ilə təxminən 10 ilin ən aşağı səviyyələrində qalmağa davam edib.
İqtisadçılar ABŞ-ın ilk rübdə qeyd etdiyi zəif iqtisadi artımı, yanvar-mart dövrü üçün statistik hesablamalardan qaynaqlanan problemlər və mövsümi səbəblərlə yavaşlayan işə qəbullara bağlayırlar.
Fed-in iyun ayındakı növbəti toplantısına qədər daha iki işsizlik göstəricisi dərc olunacaq.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
BALANSI KİÇİLTMƏK ÜÇÜN NECƏ BİR ÜSUL TƏTBİQ EDİLƏCƏK
Bundan başqa, ekspertlər, Fed tərəfindən maliyyə böhranı zamanı satın alınan 4.5 trilyon dollar məbləğindəki qiyməti kağızlardan ibarət balansı kiçiltmək üçün necə bir üsul istifadə ediləcəyi də maraqla gözlənir.
Fed rəsmiləri martda keçirdikləri görüşün protokollarında bu il iərzində balansın necə kiçildilməsini açıqlayacaqlarını bildirmişdilər.
Balansın kiçildilməsi təqvimi kimi dəqiq məlumatların bu toplantıda açıqlanması gözlənilmir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
8 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır














.jpg)






.jpg)





