Azərbaycanda Türkiyədən gətirilən yeni heyva sortundan bağ salınır
Saatlıda Türkiyə sortu kimi tanınan “Eşmə” heyva növü yetişdiriləcək. Artıq bağın müəyyən hissəsində tinglər əkilib. Bağ innovativ üsulla becəriləcək.
Saatlıda ilk dəfə olaraq Türkiyədən gətirilən heyva tinglərindən bağın salınmasına başlanılıb. Bağ üçün rayonun Qaralar kəndi ərazisində 25 hektar ərazi ayrılıb.
Təsərrüfat sahibi Ələsgər Əhmədov bildirir ki, intensiv bağın salınması üçün əvvəlcə torpaqdan analiz götürülüb və bağın tirə üsulu ilə əkilməsinə qərar verilib. Məqsəd isə ağac köklərinin qrunt sularından qorunmasıdır. Bağda 50 min ədəd “Eşmə” sortundan olan ting əkiləcək.
Bağın barvermə qabiliyyəti 2-ci ildən başlayacaq. Hər ağac əvvəlcə 6-8 kiloqram meyvə verə biləcək. Məhsuldarlıq ağacların üç yaşında hər ağacda 10-20 kiloqrama, sonrakı illərdə isə 30-40 kiloqrama çatacaq və ondan da çox olacaq. Bağın barvermə müddəti isə 30-40 ilə bərabərdir.
Yüksək məhsul götürmək üçün öncədən də bir çox aqrotexniki işlər yerinə yetirilib. Bağban İsmayıl Ağayev söyləyir ki, əkin işlərinə qədər sahədə şum və mala işləri görülüb. Eyni zamanda, tirələr çəkilərək ting üçün quyular qazılıb. Artıq tinglərin üçdəbir hissəsi əkilib. “Eşmə” sortu yerli heyvadan bir çox xüsusiyyətləri seçilir, dadlı və yumşaq olur.
Bağın salınması, eyni zamanda, əlavə iş yerinin də açılmasına şərait yaradacaq. Hazırda əkin işləri ilə 100-ə yaxın kənd sakini məşğul olur.
Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq



















