Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
Hələ də çoxları “bu bir oyundur” deyərək Dolların ucuzlaşmasına inanmasalar da, Manat rəsmi olaraq xeyli dəyər qazanıb. Son iki ayda Manat Dollar qarşısında rəsmi olaraq 11%, banklarda isə 15% bahalaşıb.
- Səhər saat 09:20-də Mərkəzi Bank Mayın 2-nə USD/AZN rəsmi məzənnəsini 1.7025 manat səviyyəsində açıqladı.
- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin cüzi düşdüyü müşahidə olundu. Dolların satış qiymətləri əsasən 1.6800 - 1.7100 manat arasında dəyişdi.
-Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7024 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda manat çox cüzi möhkəmlədi.
- Hərracdan sonra banklarda Dolların alış və satış qiyətlərinin ciddi dəyişmədiyi müşahidə olundu. Axşam saatlarında Dolları ən baha (1.6750 manata) Turanbank alırdı. Dolları ən ucuz (1.68 manata) satan Amrahbank idi.
-Günortadan sonra bu da məlum oldu ki, bu gün valyuta hərracına çıxarılmış 35 milyon manat valyutanın 26 milyon 800 min dolları satılıb. Sifarişlər arasında ən maksimal məzənnə 1.7025 AZN-ə bərabər olub. Bu qiymətə ən iri sifarış satılıb – 15 milyon dollar.
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
- Axşam saat 17:05-də Mərkəzi Bank 03.05.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7024 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu hərracdakı orta çəkili məzənnə ilə eyni idi.
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da Dolların kəskin qalxmasının qarşısını alır. Digər tərəfdən, neft bahalaşır, Azərbaycanın ixracı artır, idxalı isə azalır, valyuta ehtiyatlarımız artır və s.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Saat 17:30-a banklarda Dollar və Avronun alış-satış qiymətləri
Adı | Dollar | Avro | ||
Alış | Satış | Alış | Satış | |
1.6340 | 1.7110 | 1.7836 | 1.8672 | |
1.6600 | 1.7200 | 1.8115 | 1.8856 | |
1.665 | 1.68 | 1.82 | 1.86 | |
1.6600 | 1.7100 | 1.8000 | 1.8700 | |
1.6500 | 1.7050 | 1.7850 | 1.8650 | |
1.6550 | 1.7050 | 1.8000 | 1.8850 | |
1.6350 | 1.7200 | 1.7836 | 1.8858 | |
1.6600 | 1.7100 | 1.8100 | 1.8770 | |
1.6600 | 1.7050 | 1.8300 | 1.8750 | |
1.6600 | 1.7000 | 1.8200 | 1.8600 | |
1.65 | 1.69 | 1.76 | 1.86 | |
1.6500 | 1.7100 | 1.7980 | 1.8750 | |
1.66 | 1.682 | 1.82 | 1.858 | |
1.6600 | 1.7080 | 1.8100 | 1.8730 | |
1.6600 | 1.7030 | 1.8000 | 1.8650 | |
1.6300 | 1.7100 | 1.7890 | 1.9235 | |
1.6400 | 1.7050 | 1.8000 | 1.8700 | |
1.6500 | 1.7050 | 1.7725 | 1.8715 | |
1.6300 | 1.7100 | 1.7700 | 1.8710 | |
1.6600 | 1.6900 | 1.8000 | 1.8600 | |
1.6600 | 1.7050 | 1.7900 | 1.8600 | |
1.6550 | 1.7060 | 1.8005 | 1.8705 | |
1.6500 | 1.7000 | 1.8020 | 1.8760 | |
1.6750 | 1.6900 | 1.8200 | 1.8550 | |
1.6600 | 1.7050 | 1.7929 | 1.8584 | |
1.6300 | 1.7100 | 1.7500 | 1.8880 | |
1.6720 | 1.7050 | 1.8022 | 1.8951 | |
1.6600 | 1.7030 | 1.7800 | 1.8650 | |
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 saat əvvəl
-
7 saat əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
-
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
13 saat əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
23 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
23 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
23 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 23 saat əvvəl
-
1 gün əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Ən çox oxunanlar
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti























