Çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Balakən rayonu, Qullar kəndində yerləşən fiziki şəxs Bəhramov Vilayət Əsəd oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçiriblər.
AQTA-dan verilən məlumata görə, baxış zamanı çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya-gigiyena, norma və qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilib.
İlkin baxış zamanı işçi heyətin xüsusi geyim formasından istifadə etmədən çalışdığı, müəssisədəki sanitar qovşağın birbaşa istehsal sahəsinə çıxışı olduğu müəyyən olunub.
Yoxlama zamanı istifadə olunan xammal və köməkçi materialların istehsal sahəsində, unun isə birbaşa divara bitişik, normativ texniki sənədlərin tələblərinə zidd olaraq saxlanıldığı, hazır məhsulun (çörəyin) yığıldığı rəflərin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu, emal prosesində istifadə olunan qabların təmizlənmədən antisanitar şəkildə istifadə edildiyi aşkarlanıb.
Aşkar edilən nöqsanlarla bağlı çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və qanunvericiliyə müvafiq olaraq digər tədbirlər həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 4 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























