Azərbaycan Gürcüstanın ən böyük dizel yanacağı təminatçısıdır
Azərbaycan Gürcüstanın ən böyük dizel yanacağı təminatçısıdır.
Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalatçıları Birliyindən bildirilib.
Qeyd edilib ki, 2020-ci ildə Azərbaycandan Gürcüstana 214,9 min ton dizel yanacağı ixrac olunub və bu da ümumi idxalın 19,4 faizini təşkil edib. Bu, 2019-cu illə müqayisədə 44,7 min ton və ya 26,3 faiz çoxdur.
Qeyd olunub ki, keçən il Gürcüstan 1106 min ton benzin və dizel yanacağı idxal edib və bu da 2019-cu illə müqayisədə 10 min ton çoxdur.
Keçən il Gürcüstan ümumilikdə 540,4 min ton benzin, 565,6 min ton dizel yanacağı idxal edib.
Ötən il Gürcüstan benzin və dizel yanacağını ən çox Rusiyadan alıb – 342,8 min ton. Bu da Gürcüstanın idxal etdiyi benzin və dizel yanacağının 31,4 faizini təşkil edib.
İl ərzində Azərbaycandan Gürcüstana 214,9 min ton, Rumıniyadan 206,9 min ton, Türkmənistandan 104,7 min ton, Yunanıstandan 45 min ton, Qazaxıstandan 41,5 min ton, Türkiyədən 16,6 min ton, Moldovadan 10,6 min ton dizel yanacağı ixrac olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 17 d. əvvəl
-
17 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 33 d. əvvəl
- 33 d. əvvəl
- 36 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN




















