“Real” 395 milyon avro itirib
İspaniyanın “Real” klubunun son 3 yay transfer dönəmindəki keçidləri ilə bağlı araşdırma aparılıb.
“Kral klubu”nun bu müddətdə ümumilikdə 395 milyon avro itirdiyi bildirilib.
Çünki son 3 ilin transferlərindən yalnız ikisi – qapıçı Tibo Kurtua və müdafiəçi Ferlan Mendi daimi əsas heyət üzvünə çevrilə bilib. Komanda 2020-ci ilin yayında transfer etmədiyindən (yalnız “Real Sosyedad”da icarədə olan Martin Ereqor qayıdıb), pulun hamısı 2018 və 2019-cu illərdə xərclənib.
2018-ci ildə Vinisyus Junior, Alvaro Odriozola, Mariano Dias və Brayam Dias, növbəti ilin yayında isə Eden Azar, Luka Yoviç, Eder Militao, Rodriqo Qoes və Renyer heyətə cəlb olunub. Uğursuz keçid sayılan adıçəkilən futbolçuların hamısının transfer qiyməti aşağı düşüb.
Qeyd edək ki, baş məşqçi Zinəddin Zidanın ilk dəfə Çempionlar Liqasının qalibi olduğu 2015-ci ildə start heyət üzvləri olan Serxio Ramos, Luka Modriç, Dani Karvahal, Kasemiro, Kərim Benzema və Toni Kroos hələ də əvəzedilməzdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























