ABŞ-da Biden dövrü
ABŞ Prezidenti seçilən Joe Biden and içdi və ABŞ-da Biden dövrü rəsmi olaraq başladı.
ABŞ-da 3 Noyabr 2020-də keçirilən seçkiləri qazanan Joe Biden, ABŞ Konqresindəki mərasimdə and içərək ölkənin 46-cı Prezidenti oldu.
Marja xəbər verir ki, Biden, fövqəladə təhlükəsizlik tədbirlərinin görüldüyü ABŞ Konqresində, Ali Məhkəmənin sədri John Roberts-ın hüzurunda 1893-cü ildən bəri ailəsində olan İncilə əl basaraq and içdi.
ABŞ-ın 46-cı Prezidenti Biden, andiçmə mərasimindəki çıxışında ölkəsinin qarşılaşdığı çətinlikləri ancaq "birlik" olaraq aşa biləcəkləri mesajını verdi və həm özünü dəstəkləyənlər, həm də dəstəkləməyənlər üçün çalışacağını vurğulayaraq, "Bütün Amerikalıların Prezidenti olacağam" dedi.
Biden, "Bu gün Amerikanın günüdür, demokratiya qalib gəldi" dedi və təhdidləri məğlub edəcəklərini bildirdi.
Andiçmə mərasimində vəzifə müddəti başa çatan Donald Tramp iştirak etmirdi.
ABŞ-ın ilk qadın vitse-prezidenti seçilərək tarixə düşən Kamala Harris də, Vaşinqtonda təşkil edilən mərasimdə and içərək vəzifəsinə başladı.
Prezident Joe Biden, Donald Tramp dövründəki bir çox siyasəti tərsinə çevirəcək addımlar planlaşdırır. ABŞ-da epidemiya dövründə daha da üzə çıxan problemlər yeni Prezidentin gündəliyində olacaq. İmmiqrant siyasətləri, qlobal ittifaqların yenidən təsis edilməsi, irqçiliklə mübarizə, vergi siyasəti və Çin məsələləri yeni Prezidentin ilk fokuslanacağı sahələrdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 44 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"


























