İtaliyanın Baş naziri istefa verməyi planlaşdırır
İtaliyanın Baş nazir Giuseppe Conte sabah nazirlər kabinetini yığaraq, kabinetinə istefa vermə düşüncəsini açıqlayacaq.
Marja xəbər verir ki, ölkədə 13 Yanvarda dördlü koalisiyanın pozulması ilə başlayan hökumət böhranında sabah yeni bir mərhələnin başlayacağı gözlənilir.
İtaliya Nazirlər Kabinetinin yaydığı açıqlamada, sabah səhər kabinetin yığıncağı keçiriləcəyi qeyd edilərək, "Baş nazir Giuseppe Conte istefa vermək istəyini nazirlərinə açıqlayacaq. Baş nazir Conte, kabinet yığıncağının ardından Prezident Sergio Mattarella ilə görüşəcək" ifadələri istifadə edilib.
İtalya mətbuatında çıxan xəbərlərdə, "Italia Viva" partiyasının koalisiyadan ayrılmasından sonra Senatdakı üstünlüyü riskə girən Contenin, Ədliyyə Naziri Alfonso Bonafede üçün Senatda keçiriləcək səsvermədə hökumətinin azlıq təşkil etməsi ehtimalının meydana çıxması ilə əlaqədar olaraq istefanı gündəmə gətirdiyi bildirilir.
Contenin öz liderliyində parlamentdə daha möhkəm bir koalisiya qurulması və bu mövzuda qərarların Prezidentin verə bilməsi üçün istefa verəcəyi ifadə edilir.
Epidemiya böhranı ilə mübarizə aparan İtalyanın bir də siyasi böhran yaşamaması üçün yeni ildən bəri hökumət üstündəki qeyri-müəyyənliyin tezliklə aradan qalxmasına dair mesajlar verən Prezident Mattarellanın sabah necə bir rəftar nümayiş etdirəcəyi maraq mövzusudur.
Mattarellanın, Baş nazir Contenin istefasını qəbul etməsi vəziyyətində, parlamentdə təmsil edilən siyasi partiyalarla yeni hökumət üçün danışıqları başlada biləcəyi ya da vaxt itirmədən Conte-yə yenidən daha geniş dəstəkli bir hökumət qurmaq vəzifəsini tapşıra biləcəyi ssenariləri mətbuatda yer alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























