Unibank “Qarabağ Dirçəliş Fondu”na 100 min manat köçürdü
(®️) Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Bank bu sahədə daha bir vacib layihəyə dəstək olub. Unibank qüdrətli ordumuz tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinə öz töhfəsini verərək “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradılan “Qarabağ Dirçəliş Fondu” işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Unibank bundan sonra da dövlətçiliyimizin qüdrətlənməsi, ölkəmizin iqtisadi inkişafı və vətəndaşlarımızın iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bu cür vacib layihələrin həyata keçirilməsində yaxından iştirakını davam etdirmək niyyətindədədir.
Unibank-hər kəsin bankı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)
