Azərbaycanda bank kartlarının sayı 2 milyon ədədə yaxın artıb
Azərbaycanda ödəniş kartlarının sayının artması 2020-ci ilin Dekabr ayında da davam edib. Ötən il ödəniş kartlarındakı artımın yarıdan çoxu sosial kartlar ilə əlaqədar olub.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin Dekabr ayının sonunda ödəniş kartlarının ümumi sayı 9 milyon 230 min ədəd təşkil edib.
Noyabr ayının sonu ilə müqayisədə Dekabr ayı ərzində cəmi ödəniş kartlarının sayı 90 min ədəd artıb. Noyabr ayında cəmi ödəniş kartlarının sayı 14 min ədəd artmışdı.
Dekabrda sosial kartların sayı 18 min ədəd artaraq 3 milyon 443 min ədədə, əməkhaqqı kartlarının sayı 5 min ədəd artaraq 2 milyon 501 min ədədə, Sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 47 min ədəd artaraq 2 milyon 193 min ədədə, kredit kartlarının sayı isə 23 min ədəd artaraq 1 milyon 93 min ədədə çatıb.
2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artıb. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi.
2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 296 min ədəd artıb.
2020-ci ildə yeni aqrokartların, birdəfəlik sosial müavinət (190 manat) üçün kartların, bağlanmış bankların əmanətçilərinə kompensasiya alınması üçün kartların verilməsi və iş yerlərinin rəsmiləşdirilməsi kart sayında böyük artıma səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




