Expressbank 2020-ci ili mənfəətlə başa vurdu
“Expressbank” ASC 2020-ci il üzrə maliyyə nəticələrini açıqlayıb. Ötən ili də uğurla bitirən Bankın xalis mənfəəti 6 milyon 829 min manat təşkil edib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 2020-ci ilin 4-cü rüb göstəricilərinə əsasən “Expressbank” ASC prudensial normativləri yüksək səviyyədə yerinə yetirib. Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 46.98% (min. tələb 5% olduğu halda) təşkil edib, bu da bank sektoru üzrə ən yüksək göstəricilərdən biridir. Məcmu kapitalın adekvatlıq əmsalı 51.11% (min. tələb 9% olduğu halda), Leverec əmsalı isə 32.68% (min. tələb 4% olduğu halda) təşkil edib. Bank, 2020-ci il dövrü üzrə yüksək likvidliyi ilə fərqlənib, belə ki, ilin sonuna ani likvidlik əmsalı 90.96% (min. tələb 30% olduğu halda) təşkil edib. Qeyd etmək lazımdır ki, bu əmsallar üzrə “Expressbank” ASC ölkənin bank sektorunda yüksək pillələrdə dayanır. Bu isə bir daha Bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.
Bankın faiz gəlirliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 39.2 milyon manat, hüquqi şəxs və fərdi sahibkarlar üzrə haqq və komissiya gəlirləri isə 22% artaraq 3.7 milyon manat təşkil edib.
Orta və kiçik biznesin inkişafına xüsusi önəm verən “Expressbank” ASC, 2020-ci il ərzində də sahibkarlara dəstək göstərməyə davam edib. Belə ki, Bank 2020-ci il ərzində müxtəlif sahibkarlıq subyektlərinə 77 milyon manat məbləğində 1500-dən artıq kredit vermişdir. Eyni zamanda 70-dən artıq sahibkara 11 milyon manat məbləğində subsidiyalı kreditlər verilmişdir ki, bunun da 4 milyon manatdan yuxarı hissəsi pandemiyadan zərərçəkən sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür. Əlavə olaraq, “COVID-19” pandemiyasının xüsusilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs müştərilərinə yaratdığı çətinlikləri nəzərə alaraq, biznesə dəstək məqsədilə bir sıra bank əməliyyatları üzrə xidmət haqqı komissiyalarına endirimlər tətbiq edilib.
“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində rəqəmsal texnologiyaların tətbiqi və bir sıra görülmüş tədbirlər nəticəsində, Bankın maliyyə əməliyyatlarının həcmində nağdsız qaydada aparılan əməliyyatların sayı kəskin artmışdır. Belə ki, ötən il ilə müqayisədə nağdsız ödəniş əməliyyatlarının sayı 57% artmış, bu əməliyyatların 74%-ni isə məhz təmassız ödənişlər təşkil etmişdir.
Qeyd etmək istərdik ki, 2020-ci ilin may ayında “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi “Expressbank” ASC-nin reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib.
“Expressbank” ASC hər il olduğu kimi 2020-ci il ərzində də korporativ sosial məsuliyyət çərçivəsində bir sıra tədbirlər həyata keçirib. Belə ki, həssas əhali qruplarının özünüməşğulluğunun təşkili layihəsinə qoşulmaqla ötən il ərizində 20 ailəyə müvafiq avadanlıq təqdim edərək öz kiçik biznesini yaratmaq imkanı yaradıb. Həmçinin dövlətimizə dəstək məqsədi ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150.000 AZN və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 150.000 AZN Bank tərəfindən ianə köçürülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 27 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
3 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
Ən çox oxunanlar
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb






















