Rabitəbank Qarabağ Dirçəliş Fonduna 100 000 AZN ianə köçürdü
Vətən müharibəsinin ilk günlərindən hadisələri diqqət mərkəzində saxlayan Rabitəbank ön cəbhədə savaşan qəhrəmanlarımıza daim dəstək olmağa çalışıb. Bank bu dəfə işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 100 000 AZN dəyərində ianə köçürdü.
Qeyd edək ki, Rabitəbank bundan öncə müştərilərinin “YAŞAT” Fonduna məsafədən ianələrini asanlaşdırmaq məqsədilə öz mobil tətbiqi “Rabita Mobile”da onlayn dəstək funksiyasını aktivləşdirib. Bundan başqa ön cəbhədə vuruşan qəhrəmanlarımızın maddi-texniki təminatını yaxşılaşdırmaq məqsədilə “əsgər payı” qutuları hazırlayaraq hərbi sıralara göndərib, rəhbər heyəti də əməkdaşlarla birgə könüllü qanvermə aksiyasında iştirak edərək xalqımızın çətin günündə səfərbərlik nümayiş etdirib.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 32 d. əvvəl
- 41 d. əvvəl
-
52 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 57 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)





.jpg)










