PAŞA Bank biznes sahibləri üçün yeni mobil tətbiqi təqdim edir
(®️) Azərbaycanın aparıcı korporativ bankı, PAŞA Bank hüquqi şəxs və fərdi sahibkarlar üçün yeni “PAŞA Biznes” mobil tətbiqini təqdim edir. Bu tətbiqlə Android cihazı istifadə edən müştərilər PAŞA Bankın Onlayn Bank platformasında həyata keçirdikləri əməliyyatları artıq öz smartfonları vasitəsi ilə yerinə yetirə biləcəklər.
Beləliklə, “PAŞA Biznes” mobil tətbiqi sayəsində müştərilərin işlərindən anında xəbərdar olmaq, istənilən zaman və olduqları yerdə bank əməliyyatlarını həyata keçirmək imkanları yaranır. İndi yığılan hesabatlara nəzarət etmək, balansı yoxlamaq, ödəniş yaradıb onu təcili imzalamaq daha asan oldu!
“PAŞA Biznes” mobil tətbiqində hazırda mövcud olan funksionallıq:
- Cari və kart hesablarının siyahısı
- Hesablara detallı baxış
- Hesab qalıqlarının izlənməsi
- Son əməliyyatların izlənməsi
- Ödənişlərin imzalanması
- Ölkədaxili ödənişlərin yaradılması
- Vergi və büdcə ödənişlərinin yaradılması
- Şablon üzərindən ödənişlərin yaradılması
Məlumat üçün bildirək ki, tətbiq hazırda yalnız Android cihazları üçün nəzərdə tutulub. “PAŞA Biznes” mobil tətbiqinin iOS istifadəçiləri üçün olan versiyası tezliklə istifadəyə veriləcək.
Android cihazlarına tətbiqi yükləmək üçün keçid:
https://play.google.com/store/apps/details?id=az.pashabank.sme
Ətraflı məlumat üçün PAŞA Bankın Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz: *8123 və (+99412) 4965004
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
- 11 d. əvvəl
- 35 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
3 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Biznes dankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Azərbaycan neftinin son qiyməti
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
Ən çox oxunanlar
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir

















