Rusiya, taxıl üçün yeni ixrac mexanizminin tətbiqinə başlayacaq
Dünyanın ən böyük buğda ixracatçılarından biri olan Rusiya, Aprel ayında düstura əsaslanan taxıl ixracı mexanizminin tətbiqinə başlayacaq.Rusiyanın İqtisadiyyat naziri Maksim Reşetnikov, Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə, Rusiyanın 1 Apreldə daimi bir taxıl ixrac mexanizmi tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Marja Reuters-ə istinadən xəbər verir ki, mexanizm, düstura əsaslanan bir taxıl ixrac vergisi olacaq.
Rusiya Prezidenti Putin, "Qlobal ərzaq bazarındakı vəziyyət çox təəssüf ki, pisə gedir" deyərək, öz taxıl bazarını və istehsalçılarını dəstəkləmək üçün bir mexanizm hazırlamağa ehtiyac olduğunu bildirib.
Rusiyanın, sabit ixrac vergilərilə ixracı yavaşlatmağa çalışacağını açıqladığı dekabr ayı ortasından bu yana qlobal buğda qiymətləri fasiləsiz yüksəlməkdə davam edib.
Reşetnikov, düstura əsaslanan ixrac mexanizminə dair hər hansı bir detal verməyib.
1 Apreldən etibarən Rusiyanın taxıl ixracatçılarının müqavilələrini Rusiyanın birjalarından birində qeydiyyata aldırmaları lazım olacağı və bu sayədə düstur üçün bir qiymət göstəricisi hesablanacağı öyrənilib.
Reuters-in mənbələrinə görə, düsturun, 1 ton buğdanın qiyməti ilə 200 dollar arasındakı fərqin 70%-i olaraq müəyyən oluna bilər.
İnterfax-ın bu həftə açıqladığına görə, düsturun qiyməti hər ixracat müqaviləsinin qiyməti deyil, Moskva Birjası tərəfindən hesablanan qiymət əsas olacaq.
Reşetnikov, yeni mexanizmin, "qlobal qiymət dalğalanmalarının və yüksək qlobal qiymətlərin daxili bazara mənfi təsirinin qarşısını almağı" məqsəd qoyan qalıcı bir "qiymət dayandırıcı" olacağını ifadə edib.
Xatırladaq ki, Rusiya buğda ixrac vergisini 1 Martdan etibarən 1 ton üçün 25 avrodan 50 avroya yüksəldib.
Arpa və qarğıdalı ixrac vergisi isə 15 Mart-30 İyun dövrü üçün 1 ton üçün 10 avro və 24 avro olaraq müəyyən olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















